...

Teymur Rəcəbov Xantı-Mansiyskdə dünya Kubokunda iştirak edəcək

Cəmiyyət Materials 21 Oktyabr 2005 17:46 (UTC +04:00)

Azərbaycanın qrossmeysteri Teymur Rəcəbov noyabrın 26-da Xantı-Mansiyskdə başlayacaq dünya Kubokunda iştirak etmək üçün rəsmi təsdiq alıb.

Trend bildirir ki, FİDE bu ilin Avropa çempionatı ikincisinin də daxil olduğu yarışın iştirakçılarının tərkibini artıq açıqlayıb.Beləliklə, T.Rəcəbov Tripolidə dünya birinciliyinin bürünc medalını qazanması sayəsində böyük forumda çıxış etmək hüququ alaraq təsnifat turnirlərindən azad edilib.Həmçinin bolqarıstanlı Veselin Topalov, özbəkistanlı Rüstəm Qasımcanov, ingiltərəli Maykl Adams və hindistanlı Pentala Xarikrişna yarışa seçməsiz düşüb.

Qeyd etmək lazımdır ki, Xantı-Mansiyskdə başlayacaq dünya Kubokunda medallar uğrunda yüz iyirmi səkkiz şahmatçı mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti