...

DİN-in şöbə rəisinin ölümü ilə bağlı qətl versiyası aşkar edilməyib

Cəmiyyət Materials 22 Oktyabr 2005 14:36 (UTC +04:00)

DİN Cinayət Axtarış İdarəsinin Şəxsiyyət Əleyhinə Törədilən Cinayətlərlə Mübarizə Şöbəsinin keçmiş rəisi Məzahir Əliyevin baş vermiş ölümü ilə bağlı aparılan istintaq zamanı qəsdən adamöldürmə cinayətinin tərkibi aşkar edilməyib. Bu barədə Trend ə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin baş müstəntiqi Nadir Mirzəyev söyləyib.

Müstəntiqin sözlərinə görə, okytabr ayının sonunda istintaq müddəti başa çatır. İstintaq zamanı intihar versiyası təsdinini tapdığından istintaq müddətinin uzadılması gözlənilmir. Müstəntiq onu da bildirib ki, mərhum şöbə müdirinə məxsus olmuş və hadisədə istifadə edilmiş ov tüfənglə bağlı ballastik-ekspertiza keçirilib. Həmin silahın hər hansı cinayətdə istifadəsi faktı aşkar edilməyib.

Qeyd edək ki, avqustun 31-də Məzahir Əliyevin meyiti yaşadığı mənzilin yataq otağından tapılıb. Mərhumun baş nahiyəsində 1 güllə xəsarəti müəyyən edilib. İki aya yaxındır ki, ölüm faktı ilə əlaqədar AR CM-nin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə araşdırılır.

Xəbər lenti

Xəbər lenti