...

Azərbaycan şahmat üzrə dünya Kubokunda öz nümayəndələrini artıra bilər

Cəmiyyət Materials 24 Oktyabr 2005 17:08 (UTC +04:00)

Azərbaycan noyabrın sonunda Xantı-Mansiyskdə başlayacaq şahmat üzrə dünya Kubokundaöz nümayəndələrini artıra bilər.

Milli Federasiyanın vitse-prezidenti Faiq Həsənov Trend ə bildirib ki, komandanın say tərkibi noyabrın əvvəlində İstambulda gənclər arasında keçiriləcək dünya birinciliyinin yekunlarından asılı olacaq.Yarışın qalibi Xantı-Mansiyskdə öz qüvvəsini sınamaq hüququ qazanacaq. Artıq məlumdur ki, İstambulda ölkəmizi Şəhriyar Məmmədov və Vüqar Həşimov təmsil edəcək.

Xatırladaq ki, Azərbaycan qrossmeysterlərindən hələlik yalnız Teymur Rəcəbov dünya Kuboku oyununa düşüb.Ş.Məmmədyarov isə FİDE-nin ehtiyat tərkibinə daxil edilib.

Xəbər lenti

Xəbər lenti