...

Apellyasiya Məhkəməsi Hacı Məmmədovun qohumunun cəzasını qüvvəsində saxlayıb

Cəmiyyət Materials 24 Oktyabr 2005 19:42 (UTC +04:00)

Oktyabrın 24-də Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində hakim Ələkbər Quliyevin sədrliyi ilə "Qarabulaq" İstirahət Mərkəzinin sabiq direktoru Xosrov Cavadovun apellyasiya şikayətinə baxılıb. Bu barədə Trend ə hakim Ələkbər Quliyev məlumat verib.

Hakimin sözlərinə görə, Xosrov Cavadov hazırda bir sıra ağır cinayəıtlərə görə həbsdə olan Hacı Məmmədovun bacısının əridir. Qanunsuz odlu silah saxlamaqda təqsirləndirilib və avqust ayında Abşeron rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin X.Cavadov çıxarılmış hökmü ədalətsiz hesab edib və apellyasiya şikayətində göstərib ki, silahların ona yox, Hacı Məmmədova məxsus olduğunu həm Hacı Məmmədov, həm də məhkəməyə dəvət olunmuş digər şahidlər də təsdiqləyib.

Ə.Quliyev: "Lakin Apellyasiya Məhkəməsində iş üzrə hallar bir daha araşdırıldıqdan sonra belə qərara alındı ki, ilkin instansiya məhkəməsinin Xosrov Cavadov barəsində çıxardığı hökm qanunidir".

Hakim bildirib ki, nəticə olaraq Abşeron rayon Məhkəməsinin hökmünün qüvvəsində saxlanılmasına dair qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti