...

Karate üzrə Azərbaycan komandası Qara dəniz Kubokunda bürünc medal qazanıb

Cəmiyyət Materials 25 Oktyabr 2005 11:00 (UTC +04:00)

Karate üzrə Azərbaycan komandası Odessada başa çatmış "Qara dəniz kuboku" beynəlxalq turnirində bürünc medal qazanıb.

Kollektivin baş məşqçisi Yaşar Bəşirovun Trend ə bildirdiyi kimi, onun yetirmələri ilk üçlüyüyə daxildirlər. Həmid Məhərrəmov, Haldun Loğmanov və İbrahim Heydərov çox gözəl oyun nümayiş etdirərək komandanı bürünc medalla təmin ediblər.

Y.Bəşirov onu da qeyd edib ki, komandanın tərkibinə əsasən yığmanın ehtiyatda olan karateçiləri daxil idi. WKF (World Karate Federation) versiyası üzrə keçirilən nüfuzlu turnirdə isə 700-dən artıq idmançı iştirak edirdi.

Xəbər lenti

Xəbər lenti