...

Əli İnsanovun zaminə buraxılması ilə bağlı Prezidentə müraciət edilib

Cəmiyyət Materials 25 Oktyabr 2005 16:26 (UTC +04:00)

Keçmiş səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanovun zaminə buraxılması ilə bağlı onun vəkilləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ediblər. Bu barədə Trend ə vəkil Elton Quliyev məlumat verib.

Qeyd edək ki, Əli İnsanov oktyabrın 20-də Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilib. Keçmiş nazirə qarşı ADP sədri Rəsul Quliyevlə əlaqələrinə və hakimiyyəti zorla ələ almaq cəhdinə görə ittihamlar irəli sürülüb. Nəsimi rayon Məhkəməsi tərəfindən barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilməsinə dair qərar çıxarılıb.

Xəbər lenti

Xəbər lenti