...

İlin sonuna kimi Cənubi Qafqaz ölkələri təhsil nazirlərinin növbəti görüşü keçirilə bilər

Cəmiyyət Materials 25 Oktyabr 2005 18:46 (UTC +04:00)

İlin sonuna kimi Cənubi Qafqaz ölkələri -Azərbaycan, Gürcüstan və Ermənistanın təhsil nazirlərinin növbəti görüşünün keçirilməsi planlaşdırılıb. Bu barədə Trend ə Azərpbaycanın Təhsil Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, bu görüşlər Avropa Şurasının təşəbbüsü ilə keçirilir və gələcəkdə əməkdaşlığın imkanlarının müzakirəsinə yönəlib. Bu təşəbbüs çərçivəsində Cənubi Qafqaz ölkələri arasında müəyyən əməkdaşlıq həyata keçirilir. Eləcə də, "Qafqaz tarixi" dərs vəsaiti hazırlanır. Onun ilin sonuna kimi hazır olacağı gözlənilir.

Vəsait Azərbaycan və Avropa Şurası arasında əməkdaşlıq üzrə layihə çərçivəsində hazırlanır və bu təşkilatla birgə həyata keçirilir.

Vəsaitin hazırlanması ideyası Avropa Şurasının təşəbbüsü ilə keçirilən Cənubi Qafqaz ölkələrinin təhsil nazirlərinin görüşündə yaranıb.

Əvvəlcə kitabın cari ilin iyununda Azərbaycan, rus, ingilis dillərində çapdan çıxması planlaşdırılmışdı. Lakuin hazırlanmış variant tərəfləri qane etmədiyindən kitabda müəyyən düzəlişlərin və əlavələrin edilməsi qərara alınıb.

Nazirlikdən bildirilib ki, vəsaitin yekun variantı 3 ölkənin tarixçilərinin müzakirəsinə çıxarılacaq və yalnız bundan sonra kitab nəşr olunacaq.

Xəbər lenti

Xəbər lenti