...

"AzərReyl" çempionlar Liqasının ikinci turunda "Pallavolo Sirio" komandasına qalib gəlib

Cəmiyyət Materials 25 Oktyabr 2005 20:57 (UTC +04:00)

Qadınlardan ibarət "AzərReyl" voleybol klubu çempionlar Liqası qrup mərhələsinin ikinci turunda doğma divarlar arxasında İtaliyanın "Pallavolo Sirio" komandasını 3:2 hesabı ilə məğlub edib.

Trend bildirir ki, görüşün əvvəlində Avropa çempionu, güclü oyunçu Dorota Svineviçin də tərkibində olduğu qonaqların komandası üstün idi.Buna görə birinci partiya 25:14 hesabı ilə onların xeyrinə başa çatıb.

Fasilədən sonra "AzərReyl" oyunun gedişində dönüş yarada bildi.Forvard Natalya Məmmədova bir-birinin ardınca qonaqları məyus etdi.Beləliklə mübarizə ev sahiblərinə ikinci partiyanı 25:22 hesabı ilə başa vurmağa imkan verdi.Eyni zamanda dördüncü partiya 25:17 hzesabı ilə ev sahiblərinin xeyrinə başa çatdı.

Beşinci partiyada mübarizə əsəblərin hökmü ilə davam etdi, amma 15:13 hesabı ilə qələbəni "AzərReyl" daha çox N.Məmmədovanın sayəsində qazandı.

Xəbər lenti

Xəbər lenti