...

Fərhad Əliyevin apellyasiya şikayəti təmin edilməyib

Cəmiyyət Materials 26 Oktyabr 2005 14:36 (UTC +04:00)

Oktyabrın 26-da Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində keçmiş iqtisadi inkişaf naziri, hazırda həbsdə olan Fərhad Əliyevin apellyasiya şikayətinə baxılıb və o təmin edilməyib. Bu barədə Trend ə məhkəmə iclasına sədrlik etmiş hakim Mirpaşa Hüseynov məlumat verib.

MTN təcridxanasında saxlanılan Fərhad Əliyev Səbail rayon Məhkəməsi tərəfindən barəsində 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı çıxarılmış qərardan apellyasiya şikayəti verib. Nazir apellyasiya instansiyasına müraciətində ona qarşı irəli sürülmüş ittihamlarla razılaşmadığını bildirib. F.Əliyev, həmçinin, ev dustaqlığına buraxılması ilə bağlı qərarın çıxarılmasını da məhkəmədən tələb edib.

Lakin şikayət ərizəsi araşdırılarkən hakim belə qənaətə gəlib ki, F.Əliyevin şikayəti əsassız, ilkin instansiya məhkəməsinin çıxardığı qərar isə qanunidir. Odur ki, hakim həmin qərarın qüvvədə saxlanılması barədə qərar çıxarıb.

Xəbər lenti

Xəbər lenti