...

Apellyasiya Məhkəməsinə Əli İnsanovun şikayət ərizəsi daxil olub

Cəmiyyət Materials 26 Oktyabr 2005 15:35 (UTC +04:00)

Oktyabrın 26-da keçmiş səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanovun şikayət ərizəsi Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinə daxil olub. Bu barədə Trend ə Apellyasiya Məhkəməsinin mətbuat xidmətinin katibi Anar Məmmədov məlumat verib.

MTN təcridxanasında saxlanılan Əli İnsanov Nəsimi rayon Məhkəməsi tərəfindən barəsində 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı çıxarılmış qərardan apellyasiya şikayəti verib. Nazir apellyasiya instansiyasına müraciətində ona qarşı irəli sürülmüş ittihamlarla razılaşmadığını göstərib. Anar Məmmədovun sözlərinə görə, şikayət ərizəsi məhkəməyə yenicə daxil olduğundan hələlik heç bir hakimin icraatına verilməyib. Şikayət ərizəsinə oktyabrın 27-də baxılacağı gözlənilir.

Qeyd edək ki, eks-nazir barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2, 308.2, 311.3.1, 220.1 və 278-ci maddələri ilə cinayət işi başlanıb. O, qulluq mövqeyindən sui-istifadə etməkdə, kütləvi iğtişaşlara hazırlıqda, hakimiyyəti zorla ələ keçirməyə cəhddə və külli miqdarda dövlət əmlakını mənimsəməkdə təqsirləndirilir.

Xəbər lenti

Xəbər lenti