...

Jurnalistlər üçün maarifləndirici treninq-məşğələlər keçiriləcək

Cəmiyyət Materials 26 Oktyabr 2005 19:00 (UTC +04:00)

"RUH" Azərbaycan Jurnalistlərini Müdafiə Komitəsi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin vəsaiti hesabına Avrasiya Fondunun maliyyələşdirdiyi layihə çərçivəsində KİV əməkdaşları üçün "Jurnalistin peşə etikası" mövzusunda treninq-məşğələlər təşkil edir. Bu barədə Trend ə "Ruh" Komitəsindən məlumat verilib. Mövzular "peşə etikasının təsir mexanizmi",

"əxlaqi dilemmalar üçün analitik modellər", "etik müzakirələrin aparılması prinsipləri", "jurnalistin peşə borcu, onun obyektiv əsasları və kateqoriyalarını, subyektiv tərəflərini müəyyənləşdirən faktorlar", "məsuliyyət, peşə ləyaqəti və onları formalaşdıran amillər", "jurnalist peşəsinin etik prinsipləri və normaları", "müasir Azərbaycan jurnalistikasının əsas etik kolliziyaları" adlanır.

Bu mövzular üzrə jurnalistlər üçün keçiriləcək məşğələlər 1 noyabrdan başlanacaq.

Xəbər lenti

Xəbər lenti