...

Azərbaycanın həndbol üzrə yığması İngiltərə komandasına qalib gəlib

Cəmiyyət Materials 27 Oktyabr 2005 13:35 (UTC +04:00)

İrlandiyada keçirilən kişilərdən ibarət komandalar arasında keçirilən Çellenc Trofi yarışlarının birinci matçında Azərbaycanın həndbol yığması qalib gəlib. Azərbaycanın Həndbol Federasiyasından Trend ə verilən məlumata görə, Hikmət Abdullayevin yetirmələri İngiltərənin komandasın 30:13 (17:6) hesabı ilə darmadağın edib.

İlk turun digər matçlarında Moldova yığması Şotlandiya komandasını 30:14 (17:6), Malta həndbolçuları isə İrlandiya yığmasını 27:17 (14:10) hesabı ilə məğlub edib. Bu gün həndbolçularımız şotlandlarla oynayacaq.

Xəbər lenti

Xəbər lenti