...

"AzərReyl" Çempionlar Liqasının "B" qrupunda 4-cü yerdədir

Cəmiyyət Materials 27 Oktyabr 2005 14:18 (UTC +04:00)

Azərbaycanın "AzərReyl" voleybol klubu İtaliyanın "Pallavolo Sirio" komandası üzərində qələbədən sonra Çempionlar Liqasının qrup mərhələsinin yekunları üzrə turnir cədvəlində 4-cü yerdədir.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, buna "Günəş Vaqifbank"-"Tenerife" arasında 3:2 hesabla başa çatmış görüşün nəticələri təsir edib. Bu uğur türklərin qrup liderliyini qazanmasına səbəb olub. İkinci yerdə "Pallavalo Sirio", üçüncü yerdə isə "Tenerife" komandaları qərarlaşıb.

Oktyabrın 27-də ikinci turun sonuncu matçında Xorvatiyanın "Mladost" və Polşanın "Kalitsiya" komandaları qarşılaşacaq. Lakin oyunun nəticələri cədvəlin ön yerlərinin bölüşdürülməsinə təsir etməyəcək.

Xəbər lenti

Xəbər lenti