...

M. Mərdanov: 2008-ci ilin yanvarından Azərbaycanda 4 135 ümumtəhsil məktəbi kompyuterləşdiriləcək

Cəmiyyət Materials 28 Oktyabr 2005 14:06 (UTC +04:00)

Yaxın iki il ərzində Azərbaycanda 4 135 ümumtəhsil məktəb kompyuterlərlə təchiz ediləcək. Trend in məlumatına görə, bu barədə oktyabrın 28-də Azərbaycanın təhsil naziri Misir Mərdanov bəyan edib.

Nazirin sözlərinə görə, bu miqdardan 156 məktəb artıq 2005-ci ildə kompyuterləşdiriləcək. 2006-cı ildə 1989 orta təhsil müəssisəsi kompyuterlərlə təmin olunacaq. Sonuncu mərhələdə (2007-ci ilin yanvar-dekabrda ) 1990 məktəbə texnikanın paylanması nəzərdə tutulur. 2005-ci il üçün planlara toxunan təhsil naziri bildirib ki, hesabat dövründə 156 məktəbin kompyuterləşməsi tam başa çatıb. Bu məktəblərdən 131-i Bakıda, 25-i isə Sumqayıtda yerləşir.

"Təkcə oktyabr ayında məktəblərə 972 kompyuter göndərilib", -deyən M.Mərdanov qeyd edib ki, cari ilin sonuna kimi bu rəqəm 4557 ədəd təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti