...

Məktəblərin kompüterləşdirilməsinə $1,3 mln məbləğində vəsait sərf olunacaq

Cəmiyyət Materials 28 Oktyabr 2005 14:12 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, oktyabrın 28-də Azərbaycanın Təhsil Nazirliyində "Azərbaycanın ümumtəhsil məktəblərinin inofrmasiya və kommunikasiya texnologiyaları ilə təmin olunması" layihəsinin həyata keçirilməsinə dair sazişin imzalanması mərasimi keçirilib.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, bu layihə Azərbaycan prezidentinin 21 avqust 2004-cü il taixində imzaladığı sərəncamla təsdiqlənmiş "Azərbaycanın orta ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunması (2005-2007-ci illər)" proqramına dəstək çərçivəsində həyata keçirilir. 14 ay müddətində (noyabr 2004-cü il) reallaşması nəzərdə tutulan layihə çərçivəsində 1 mln 300 min dollar dəyərində işlər görüləcək. Bu məbləğin 300 min dolları UNDP, qalan məbləğ isə Azərbaycan hökuməti tərəfindən ayrılacaq. 1 mln dollar kompüterlərin alınmasına, 120 min dollar proqram təminatına, qalan məbləğ isə maliyyə xərclərinə sərf olunacaq.

Xəbər lenti

Xəbər lenti