...

Avropa parlamentariləri Rəsul Quliyev və Elmar Hüseynovla bağlı məsələlərlə maraqlanıb

Cəmiyyət Materials 31 Oktyabr 2005 20:34 (UTC +04:00)

Keçmiş spiker Rəsul Quliyevin qayıtması və jurnalist Elmar Hüseynovun qətlinin aşkar edilməsi ilə bağlı məsələlər AR daxili işlər və ədliyyə nazirləri ilə görüşdə qaldırılıb. Trend bildirir ki, oktyabrın 31-də Elmar Hüseynov-nın hüquqi məsələlər və insan haqları komitəsinin sədr müavini Eduard Lintner bu barədə jurnalistlərə bəyan edib.

Onun sözlərinə görə, hakimiyyət mövcud hüquqi prosedurlar çərçivəsində Azərbaycan Demokratik Partiyası liderinin qayıtması tərəfdarıdır və bununla bağlı iş aparılır. E.Lintner əlavə edib ki, mən bu məsələni Azərbaycanın baş prokuroru ilə görüşdə də qaldıracağam.

E.Hüseynovun qətlinin araşdırılmasına toxunan AŞPA komitə sədrinin müavini bildirib ki, qətlin Gürcüstandan olan şəxslər tərəfindən törədildiyinin aşkar edildiyi barədə ona məlumat çatdırılıb.

E.Lintner bildirib ki, o, almaniyalı parlamentari Verner Münhenlə birgə səfərinin proqramında Azərbaycan rəhbərliyinin digər nümayəndələri, eləcə də prezident ilə görüşlər keçirməyə niyyətlidir.

Xəbər lenti

Xəbər lenti