...

Hacı Məmmədovun bacısı ilə bağlı iddia ərizəsinə xitam verilib

Cəmiyyət Materials 1 Noyabr 2005 15:00 (UTC +04:00)

DİN Cinayət-Axtarış İdraəsinin keçmiş baş əməliyyat müvəkkili, hazırda həbsdə olan Hacı Məmmədovun bacısı Arifə Cavadova barədə Abşeron rayon Məhkəməsinə daxil olmuş iddia ərizəsinə xitam verilib. Bu barədə Trend ə Abşeron rayon Məhkəməsinin hakimi Çingiz Bəşirov məlumat verib.

Naxçıvan Muxtar Respublikasının vətəndaşı Etibar Məmmədov Abşeron rayon Məhkəməsinə müraciət edib ki, Arifə Cavadova uzun müddətdir ona pul borcludur. Vətəndaş məhkəmə qarşısında iddia qaldırıb ki, həmin pulun əvəzinə A.Cavadovaya məxsus mənzil məhkəmə qaydasında alınaraq ona verilsin.

"Vətəndaş Etibar Məmmədov məhkəməyə poçt vasitəsi ilə müraciət etmişdi, məhkəmə də onun ərizəsini icraata götürmüşdü. Bir neçə dəfə iclas təyin edilsə də, iddiaçı iştirak etməyib. Sonradansa iddiasını geri götürməsi ilə bağlı məhkəməyə teleqram vurub. Həmin teleqrama əsasən də məhkəmə icraatına xitam verdik", - deyə hakim bildirib.

Xəbər lenti

Xəbər lenti