...

Ali Məhkəmədə Fərhad Əliyevin qardaşının kassasiya şikayətinə baxılacaq

Cəmiyyət Materials 1 Noyabr 2005 15:34 (UTC +04:00)

Noyabrın 2-də Azərbaycan Respublikası Ali Məhkəməsində hakim Rafiq Məmmədovun sədrliyi ilə sabiq iqtisad inkişaf naziri, hazırda həbsdə olan Fərhad Əliyevin qardaşı Əlövsət Əliyevin kassasiya şikayətinə baxılacaq. Bu barədə Trend ə hakim Rafiq Məmmədov məlumat verib.

68 saylı Cəlilabad kənd dairə seçki komissiyası (DSK) Ə.Əliyevin namizədliyinin ləğv olunması ilə bağlı Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya Məhkəməsi müraciəti təmin edib. Məhkəmənin qərarından narazı qalan Əlövsət Əliyev isə öz növbəsində kassasiya şikayəti verib. Əlövsət Əliyev kassasiya şikayətində namizədliyinin ləğvinin əsassız olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti