...

Dekabrda Almaniyanın Boxum şəhərində "Azərbaycan kinosu gecəsi" keçiriləcək

Cəmiyyət Materials 1 Noyabr 2005 18:35 (UTC +04:00)

Almaniyada fəaliyyət göstərən "Azərbaycan Akademik Birliyi"nin təşəbbüsü ilə dekabr ayında Boxum şəhərində "Azərbaycan Kinosu Gecəsi" təşkil olunacaq. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Almaniyanın Boxum şəhərində fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi"nin sədri Mərdan Ağayev bildirib ki, "Azərbaycan Kinosu Gecəsində "Özgə vaxt" filminin tamaşaçıların diqqətinə təqdim edəcəklər. Bundan başqa 2004-2005-ci illər ərzində Azərbaycan haqqında çəkilmiş sənədli filmlərin nümayiş etdiriləcəyi gözlənilir.

Həmçinin, bu ilin sonunda Almaniyanın Rur Universitetinin kitabxanasında Azərbaycan guşəsinin açılacağı gözlənilir. Mərdan Ağayevin bildirdiyinə görə, bu guşənin açılması üçün cəmiyyət öz vəsaiti hesabına artıq külli miqdarda kitab da alıb. Yaxın vaxtlarda bu kitabların Universitetə təqdim olunacağı gözlənilir. Qeyd edək ki, cəmiyyətin əldə etdiyi kitablar Azərbaycanın qədim tarixini, xalqımızın çoxəsrlik mədəni irsini və zəngin ədəbiyyatını özündə əks etdirir. M.Ağayev onu da bildirib ki, "Azərbaycan Akademik Birliyi" xalqımızın bir neçə görkəmli yazıçısının əsərlərini alman dilinə tərcümə etməyi planlaşdırır. Azərbaycanın mədəniyyətini və ədəbiyyatını Almaniyada daha yaxşı təbliğ etmək üçün gələcəkdə bu cür tədbirlərin geniş vüsət alacağını söyləyən M.Ağayev sədri olduğu cəmiyyətin 2006-ci il üçün maraqlı və zəngin proqram tərtib etdiyini diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti