...

MTN-nin istintaq təcridxanasında monitorinq keçirilib

Cəmiyyət Materials 1 Noyabr 2005 19:36 (UTC +04:00)

Noyabrın 1-də İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında monitoriq keçirib. Bu barədə Trend ə hüquq müdafiəçisi məlumat verib.

İstintaq təcridxanasında iki saatdan artıq davam edən montiorinq zamanı E.Behbudov sabiq iqtisad-inkişaf naziri Fərhad Əliyevlə, sabiq səhiyyə naziri Əli İnsanovla, Səhiyyə Nazirliyinin sabiş idarə rəisi Nazim İbrahimovla, DİN Cinayət-Axtarış İdarəsinin sabiq rəisi general Zakir Nəsirovla, həmin idarənin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovla, sabiq maliyyə naziri Fikrət Yusifovla və Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Eldar Salayevlə görüşüb.

"Onların hər biri təkadamlı kameralarda saxlanılır. Saxlanma şəraitindən narazılıq etmədilər. Sağlamlıq durumları da normaldır. Yalnız Eldar Salayev gözlərindən şikayətləndi. Dustaqlar daim həkim nəzarətindədirlər. Özləri ilə söhbətlər apardıq, öyrəndik ki, gün ərzində üç dəfə isti xörəklə təmin olunurlar", - deyə hüquq müdafiəçisi bildirib.

E.Behbudov sabiq maliyyə naziri Fikrət Yusifova işgəncələr verilməsi ilə bağlı deyilənlərin də şaiyə olduğunu bildirib: E.Behbudov: "Fikrət Yusifov nəzarətçilərin münasibətindən heç bir narazılıq etmədi, əksinə, bildirdi ki, hər gün 3 saat idmanla məşğul olur, sağlamlığı da normaldır".

Xəbər lenti

Xəbər lenti