...

Ramazan ayının 30-cu gününün cədvəli

Cəmiyyət Materials 2 Noyabr 2005 11:10 (UTC +04:00)

Ramazan ayının 30-cu günündə, yəni noyabrın 3-də səhər yeməyi (imsaq) saat 06:02-də, axşam namazı və iftar isə 17:54-dir. Bu barədə Trend Qafqaz Müsəlmanları İdarəsinə istinadən xəbər verir.

Xatırladaq ki, QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Ramazan ayının 29-cu günündə, yəni noyabrın 2-də axşam namazı və iftar saat 17:54-dir.

Noyabrın 4-də bütün islam dünyası Ramazan bayramını qeyd edir. QMİ-dən Trend ə verilən məlumata görə, bayram münasibətilə səhər saat 10-dan başlayaraq ölkənin bütün məscidlərində bayram ibadəti olacaq. Həmin gün bütün dindarlar ianə - dəyəri 3 kq darı, arpa və düyüyə bərabər olan fitrə verir. Fitrə yoxsul ailələrə köməklik məqsədilə bayram ərəfəsində verilməlidir.

Xəbər lenti

Xəbər lenti