...

Fərhad Əliyevin qardaşının kassasiya şikayəti təmin olunmayıb

Cəmiyyət Materials 2 Noyabr 2005 13:31 (UTC +04:00)

Noyabrın 2-də Azərbaycan Respublikası Ali Məhkəməsində hakim Rafiq Məmmədovun sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri, hazırda həbsdə olan Fərhad Əliyevin qardaşı Əlövsət Əliyevin kassasiya şikayətinə baxılıb. Trend məlumat verir ki, məhkəmə şikayəti təmin etməyib.

68 saylı Cəlilabad kənd dairə seçki komissiyası (DSK) Ə.Əliyevin namizədliyinin ləğv olunması ilə bağlı Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya Məhkəməsi müraciəti təmin edib. Məhkəmənin qərarından narazı qalan Əlövsət Əliyev isə öz növbəsində kassasiya şikayəti verib. Əlövsət Əliyev kassasiya şikayətində namizədliyinin ləğvinin əsassız olduğunu bildirib.

Lakin məhkəmə təqdim olunan şikayət ərizəsi üzrə bütün halları araşdıraraq belə qərara alıb ki, apellyasiya məhkəməsinin çıxardığı qərar qanunidir. Odur ki, hakim şikayət ərizəsini təmin etməyib.

Xəbər lenti

Xəbər lenti