...

İsmayıl Ömərov: "İctimai Televiziyanın ünvanına yalnız müxalifətçilər yerli-yersiz tənqidlər səsləndirir"

Cəmiyyət Materials 2 Noyabr 2005 16:04 (UTC +04:00)

"Fəaliyyətimiz dövründə bizə hakimiyyət nümayəndələrindən heç bir təzyiqlər olmayıb. Buna görə prezidentə və Prezident Aparatına çox minnətdarıq". Trend in məlumatına görə, bu fikirləri İctimai Televiziyanın (İTV) baş direktoru İsmayıl Ömərov səsləndirib.

O, İTV-nin iqitidar və müxalifət düşərgəsini işıqlandırması zamanı hökumətə daha çox yer ayırması barədə deyilənlərə münasibət bildirərkən deyib ki, bu cür yanaşma doğru deyil. Onun sözlərinə görə, İTV yalnız müxalifət düşərgəsi tərəfindən tənqidlərə, böhtanlara məruz qalır. "Biz qırmızı qalstuk taxıb gəzən nazirləri işıqlandırmırıq. Amma namizəd olduğu üçün bizə qadağan edilməsinə baxmayaraq, Rəsul Quliyevin aeroportdakı çıxışını efirə vermişdik. Müxalifətin xəbər tutduğumuz, dəvət olunduğumuz bütün tədbirlərində iştirak edib işıqlandırırıq. Amma bizim ünvanımıza yerli-yersiz tənqidləri səsləndirən, ağızlarına gələni danışanlar da məhz müxalifətçilərdir"-deyə İ.Ömərov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti