...

Vəkillər Kollegiyasının üzvlərinin sayı 200 nəfərə çatıb

Cəmiyyət Materials 3 Noyabr 2005 12:46 (UTC +04:00)

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında (VK) çalışan vəkillərin sayı 200 nəfərə çatıb. Bu barədə Trend və VK-nın sədr müavini Fərhad Nəcəfov məlumat verib.

Hazırda isə VK-ya üzv olmaq üçün daha 36 nəfər lisenziyalı hüquqşünas sənəd təqdim edib. Rəyasət heyətinin növbəti icalsında həmin hüquqşünaslardan yalnız 26-nın sənədinə baxılması nəzərdə tutulub. "Rəyasət heyətinin ötən iclasında 10 nəfər hüquqşünasın sənədinə baxılmışdı və 9 lisenziyalı hüquqşünas Vəkillər Kollegayasına üzv qəbul edilmişdi. VK-ya müraciət etmiş 36 hüquqşünasdan 26-nın sənədləri isə noyabrın ikinci ongünlüyündə keçirililməsi nəzərdə tutulan iclasda müzakirəyə çıxarılacaq".

Xəbər lenti

Xəbər lenti