...

Qafqaz müsəlmanları idarəsinin başçısı müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib

Cəmiyyət Materials 3 Noyabr 2005 13:52 (UTC +04:00)

"Müqəddəs Ramazan bayramı münasibətilə bütün müsəlmanları səmimi qəlbdən təbrik edirəm və bu şərafətli günlərdə bütün inananlara xoşbəxtlik, tərəqqi arzulayıram. Qoy bayram bütün Qafqaz xalqlarına sülh və rifah gətirsin". Trend bildirir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxulislam hacı Allahşükür Paşazadənin təbrik məktubunda deyilir.

"Biz Allahdan arzu edirik ki, O, öz mərhəməti xatirinə bizim dualarımızı qəbul etsin.Qoy Allah-taala hər bir evə, ailəyə xoşbəxtlik bəxş etsin, vətənimizin müstəqilliyi və dövlətçiliyini qorumaqla bizə daim yardımçı olsun"-deyə şeyxulislamın məktubunda qeyd olunur. Məktubda həmçinin yaxın gələcəkdə Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyacağı, sabitlik əldə edəcəyi, torpaqlarımızın azad ediləcəyi, dövlətçiliyimizin daha da möhkəmləndiriləcəyi ilə bağlı əminlik bildirilir.

Xəbər lenti

Xəbər lenti