...

Mətbuat Şurası 2 qəzetlə bağlı şikayəti hüquq-mühafizə orqanlarına göndərəcək

Cəmiyyət Materials 3 Noyabr 2005 20:17 (UTC +04:00)

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının noyabrın 3-də iclası keçirilib. Trend in məlumatına görə, iclasda 6 məsələ ilə bağlı rəylər çıxarılıb. İlk olaraq "Gün" qəzeti ilə əlaqədar çoxsaylı şikayətlərə baxılıb. Şikayətlər üzrə Komissiyaya təqdim olunan faktlar müzakirə edilib və bu nəşrlə əlaqədar sənədlərin hüquq-mühafizə orqanlarına göndərilməsi barədə rəy çıxarılıb. Komissiya "Böyük millət" qəzeti barədə də oxşar rəy çıxarıb.

Sonra "Reytinq" və "Elçi" qəzetlərindən verilən şikayətlərə baxılıb. Komissiya üzvləri yekdilliklə razılığa gəliblər ki, bu qəzetlərdə şikayətə səbəb olan yazıların dərci ümumilikdə ölkə mediasının imicinə xələl gətirir. Əgər belə hallar davam etdirilərsə, məsələnin hüquq-mühafizə orqanları müstəvisində araşdırılmasına ehtiyac duyulacaq. Komissiya digər şikayət və müraciətlərə baxıb və müvafiq qərarlar çıxarıb.

Xəbər lenti

Xəbər lenti