...

Azərbaycan fiqurçuları Çin Kuboku mükafatları uğrunda mübarizə aparırlar

Cəmiyyət Materials 5 Noyabr 2005 14:04 (UTC +04:00)

Azərbaycanı təmsil edən fiqurçular Kristin Freyzer və İqor Lukanindən ibarət rəqs cütlüyü Çində keçirilən yarışların ikinci gününün yekunlarına görə, ilk altılıqda qərarlaşıb.

Trend in xəbər verdiyi kimi, fiqurçularımızın orijinal rəqsi hakimlər tərəfindən 47,62 balla qiymətləndirilib. Birinci yerdə isə Rusiyanın dünya və Avropa çempionları Tatyana Navka - Roman Kostomarov rəqs cütlüyüdür.

K.Freyzer və İ.Lukanin cədvəldə Polşa, Ukrayna, İsrail və Çindən olan rəqiblərini qabaqlamaqla mükafat qazanmaq şanslarını itirməyiblər.

Xəbər lenti

Xəbər lenti