...

Azərbaycan gimnastları "Şərq inciləri" turnirində iştirak ediblər

Cəmiyyət Materials 7 Noyabr 2005 13:08 (UTC +04:00)

Daşkənddə Dünya Kuboku yarışları ilə yanaşı yeniyetmələr arasında "Şərq inciləri" beynəlxalq turniri keçirilib.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend ə verilən məlumata görə, Zeynəb Cavadlı 66.25 xalla şəxsi hesabda 8-ci yerə layiq görülüb.

Birinci, ikinci və üçüncü yerləri rusiyalı Nataliya Piçuşkina, Olqa Romançenko və özbəkistanlı Alisa Ajimirova bölüşdürüblər.

Milli Federasiyanın mətbuat xidmətindən bildirilib ki, gimnastlarımız noyabrın 15-19-da Həştərxanda, noyabrın 18-20-də isə İzmirdə keçiriləcək beynəlxalq yarışlarda iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti