...

Azərbaycanın futbol yığmasının yeni məşqçisi gələn il bildiriləcək

Cəmiyyət Materials 7 Noyabr 2005 16:10 (UTC +04:00)

Azərbaycanın futbol yığmasının baş məşqçi postuna namizəd axtarışı cələn ilədək uzadılacaq.

Komandanın məşqçisi Vaqif Sadıqov Trend ə bildirib ki, çətin ki, hazırkı mövsümdə AFFA tərəfindən mütəxəssis müəyyən edilsin. "İndi Assosiasiya Qurban Qurbanovun vida oyunu ilə məşğuldur, bundan sonra vacib məsələ ilə yaxından məşğul olacaq" -deyə məşqçi bildirib. V.Sadıqov bir daha qeyd edib ki, hələlik AFFA onun yığmada əməkdaşlığının uzadılması barədə rəsmi təkliflə müraciət etməyib. Buna görə də hər şey yanvarın sonunda tamamilə aydın olacaq. "Yeni ilin birinci ayı Avropa-2008 çempionatının seçmə turunun püşkatması olacaq, bundan sonra yəqin ki, komandanın məşqçisi elan ediləcək" -deyə mütəxəssis öz qənaətini bildirib. Xatırladaq ki, Karlos Alberto Torres getdikdən sonra qalan üç təsnifat görüşündə kollektivə rəhbərlik V.Sadıqova etibar edilib. Bu görüşlərin yekununa əsasən yığma bir xal toplayıb.

Xəbər lenti

Xəbər lenti