...

Xarici laboratoriyalar Talış dağlarının sıxılma zonasında platinoidlərin mövcudluğunu təsdiqləyir

Cəmiyyət Materials 8 Noyabr 2005 16:05 (UTC +04:00)

Azərbaycanın Ekologiya və Təbii ehtiyatlar Nazirliyi işlənməmiş platinoidlərin aşkar olunduğu Talış dağlarındakı sıxılma zonasında tədqiqatlar aparır. Nazirliyin yanındakı Milli gelologiya xidmətindən Trend ə verilən məlumata görə, götürülən nümunələr öyrənilmək üçün Rusiya, Ukrayna, Özbəkistan və Cənubi Afrikaya göndərilib. Azərbaycanda götürülən nümunələrin öyrənilməsi məhdudlaşdırılıb. "Aparılan tədqiqatlar burada platin ehtiyatlarının olduğunu güman etməyə imkan verir. Bu ölkələrin laboratoriyalarının tədqiqatlarının nəticələri bizi ehtimallarımızı təsdiqləyir. Lakin bu platinoidlərin yalnız əlamətləridir ", - deyə Nazirlikdən bildirilib.

Geoloqlar hesab edirlər ki, bu qiymətli metalın həcmini müəyyən etmək üçün geniş tədqiqatların aparılması zəruridir.

Sahəsi 5 min kvadrat km olan bu zonanın öyrənilməsi müxtəlif vaxtlarda- 1962-64, 1974-84, 1993-2005-ci illərdə öyrənilib. Aparılan tədqiqatlar nəticəsində stratiqrafiyanın formaları və tektonika, geoloji tarizxin öyrənilməsi, maqmatizm, metallogenelogiya barədə yeni məlumatlar əldə edilib.

Talış dağlarının sızılma zonasında platinoidlərlə yanaşı qızıl, almaz və s. ehtiyatları da aşkar edilib.

Xəbər lenti

Xəbər lenti