...

Şəhriyar Məmmədyarov: "Mən yaxşı formadayam"

Cəmiyyət Materials 9 Noyabr 2005 15:35 (UTC +04:00)

"Mən hiss edirəm ki, yaxşı formadayam və İstambulda dünya birinciliyində uğurla çıxış edə bilrəm". Yarış ərəfəsində Trend ə bu barədə Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov bəyan edib.

Şahmatçı etiraf edib ki, bu əminlik onun FİDE-nin reytinqində iyirmi səkkizinci yerdə olmasından da çox asılıdır və o, mövqeyini daha da yaxşılaşdıra bilər. "Mənə elə gəlir ki, ukraynalılar tərəfindən güclü rəqabət olacaq, amma Vüqar Həşimov və Nicat Məmmədovun simasında Azərbaycan idmançıları ilə də hesablaşmamaq olmaz.Mən əminəm ki, onlar da qızıl medala can atacaq və bu da birbaşa dünya Kubokunda çıxış etmək hüququ qazandıracaq" -deyə Ş.Məmmədyarov qeyd edib.

Qeyd etmək lazımdır ki, yaş həddi nəzərə alınmaqla hazırkı gənclər birinciliyi Şəhriyarın karyerasında sonuncu olacaq.

Xəbər lenti

Xəbər lenti