...

Bakıda meşə ziyanvericiləri ilə mübarizə üzrə tədbirlər müzakirə olunub

Cəmiyyət Materials 10 Noyabr 2005 19:10 (UTC +04:00)

Noyabrın 10-da Təbii ehtiyatlar Nazirliyində meşə ziyanvericilərinə qarşı mübarizə üzrə tədbirlərlə bağlı müşavirə keçirilib. Bu barədə Trend məlumat verib. Ekologiy naziri Hüseyn Bağırov bildirib ki, "2003-2004-cü il yumşaq qış mövsümündə Ağsu, Şamaxı, İsmayıllı və Xızıda 5 min hektar ərazidə meşə ziyanvericilərinin, o cümlədən, dəyişik və həlqəvi ipəksarıyan kimi ziyanvericilərin yayıldığı aşkar olunub. Bu ziyanvericilərə qarşı ilkin mübarizə tədbirlərinin keçirilməsinə baxmayaraq, onların yayılma arealı 10 dəfə artıb. "Bu ziyanvericilər meşələrə ciddi ziyan vururlar. Onlar ağacların inkişafına mane olurlar ki, bu da nəticədə onların miəhv olmasına gətirib çıxarır", - deyə o bildirib. H.Bağırov bildirib ki, bu ziyanvericilərin çoxalmasına imkan vermədən onların məhv edilməsi vacibdir. Bu məqsədlə 2006 -cı il büdcəsindən 5,5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.

Tədbirdə iştirak edən alimlər kimyəvi mübarizə metodlarının tətbiqinə etirazlarını bildiriblər. Onların fikrincə, bu vasitələr ziyanvericilərlə yanaşı, meşələrin özünə, həşəratlara, vəhşi quşlara və heyvanlara da mənfi təsir göstərə bilər. Onlar bioloji ölçülərin tətbiqini daha məqsədəuyğun hesab edirlər.

Müşavirənin sonunda nazir iştirakçılara meşələrin monitorinqinin keçirilməsi, nümunələrin götürülməsi və onların öyrənilməsi kimi fuenksiyaları yerinə yetirəcək xüsusi komissiyanın yaradılmasını tapşırıb. Bir ay ərzində komissiya təklif hazırlamalıdır.

Xəbər lenti

Xəbər lenti