...

Yunanıstan səfiri Azərbaycanın səhiyyə naziri ilə görüşüb

Cəmiyyət Materials 11 Noyabr 2005 16:15 (UTC +04:00)

Yunanıstanın Azərbaycandakı səfiri Temistokles Dimidis Azərbaycanın səhiyyə naziri Oktay Şirəliyevə Yunanıstana səfər etmək üçün dəvətnamə təqdim edib. Bu barədə Trend ə Yunanıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Azərbaycanın səhiyyə naziri noyabrın 19-da Afinada keçiriləcək Cənub-şərqi Avropa ölkələrinin səhiyyə nazirlərinin növbəti iclasına dəvət edilib. İclasın əsas mövzusu ""Quş qripi"nin yayılması təhlükəsi" olacaq.

Yunanıstanın səhiyyə naziri Nikita Kaklamanis Azərbaycan tərəfinə dəvətnamə göndərərək azərbaycanlı həmkarı ilə görüşmək arzusunda olduğunu ifadə edib. Səfir səfərlə bağlı bütün xərclərin yunan tərəfinin öz üzərinə götürdüyünü bildirib.

Xəbər lenti

Xəbər lenti