...

"Ruh" jurnalistlər üçün treninq-məşğələlərə başlayıb

Cəmiyyət Materials 11 Noyabr 2005 17:50 (UTC +04:00)

"Ruh" Azərbaycan Jurnalistlərini Müdafiə Komitəsi Avrasiya Fondunun maliyyə yardımı ilə jurnalistlərin peşə davranışı qaydalarına dair treninq-məşğələlərə başlayıb. Bu barədə Trend ə "Ruh" Müdaifə Komitəsindən məlumat verilib. Komitə layihə çərçivəsində 15-ə yaxın toplantı keçirməyi planlaşdırıb. Məqsəd gənc jurnalistləri peşə etikasının ayrı-ayrı məqamlarıyla tanış etmək, onların bu sahədəki biliklərinin artırılmasına yardımçı olmaqdır.

"Ruh" Azərbaycan Jurnalistlərinin Hüquqlarını Müdafiə Komitəsi treninq-məşğələlərin gedişində iştirakçıları ali məktəblərin jurnalistika fakültəsi tələbələri üçün hazırladığı tədris proqramının müxtəlif detalları ilə tanış etməyi, bu sahədə müzakirələr keçirməyi nəzərdə tutub. ABŞ-ın nüfuzlu Alabama, Montana, Kanzas, Vaşinqton, Merilin, Li universitetlərinin təcrübəsi əsasında hazırlanmış həmin proqramda jurnalistlərə nəzəri biliklərin verilməsi ilə yanaşı eyni zamanda kütləvi informasiya vasitələri əməkdaşlarının praktikada rastlaşdıqları bir çox hallarla (kazuslarla) bağlı məsələlərə ətraflı diqqət yetirilib. Bu günədək peşə davranışı qaydaları ilə əlaqədar 2 dərs vəsaitinin müəllifi olan "Ruh" Müdafiə Komitəsi treninq-məşğələlər çərçivəsində növbəti tədbirlərini Bakı Dövlət Universitetinin və Azərbaycanın digər ali təhsil ocaqlarında təşkil etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti