...

Ombudsman həbsdə olan akademiklə bağlı Baş prokurora müraciət edib

Cəmiyyət Materials 14 Noyabr 2005 19:57 (UTC +04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova barəsində həbs-qətimkan tədbiri seçilmiş Milli Elmlər Akademiyasının sabiq prezidenti Eldar Salayev barəsində həbs-qətimkan tədbirinin seçilməsi və ya dəyişdirlməsi ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova müraciət edib. Trend məlumat verir ki, Ombudsman noyabrın 12-də Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan akademikə baş çəkəndən sonra belə qərar qəbul edib.

E.Süleymanova Baş prokurora müraciətində bildirib ki, 72 yaşlı Eldar Salayevin Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda tanınmış nüfuzlu alim, ziyalı və ictimai xadimdir. Elmi fəaliyyətinə görə o, "Şöhrət" və "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif olunub və bir sıra başqa mükafatlara layiq görülüb. İki dəfə SSRİ Ali Sovetinin, bir dəfə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib və 14 il Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışıb.

Ombudsman bunlarla yanaşı E.Salayevin səhhətində problemlər olduğunu da Baş prokurorun diqqətinə çatdırıb. Baş prokruordan E.Salayev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsində və ya ləğv edilməsində yardımçı olmasını xahiş edib.

Qeyd edək ki, E.Süleymanova MTN-də olarkən həmçinin sabiq nazirlər Fərhad Əliyevlə və Əli İnsanovla da görüşüb.

Xəbər lenti

Xəbər lenti