...

Şəhriyar Məmmədyarov rəqiblərindən bir xal irəlidədir

Cəmiyyət Materials 15 Noyabr 2005 11:03 (UTC +04:00)

Türkiyədə qızlar və yeniyetmələr arasında keçirilən şahmat üzrə Dünya Çempionatının altıncı turunda qara fiqurlarla oynayan azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov fransalı şahmatçı Ervin Lamini məğlub edərək mümkün 6 xaldan 5.5-ni toplayıb və ən yaxın rəqiblərindən 1 xal irəlidədir. 6-cı turda çinli Vey Çeypenqə qalib gəlmiş digər azərbaycanlı qrossmeyster Vüqar Haşımov 4.5 xalla 2-9-cu yerləri bölüşdürür. Çinli Yu Vanqa uduzan Nicat Məmmədov və rumıniyalı qrossmeyster Qreçeskə qalib gələn Fəridə Zeynalova 3.5 xal toplayıblar. Faiq Ələsgərovun hesabında 3.0 xal var.

Qızlar arasında keçirilən turnirdə Türkan Məmmədyarova hindistanlı qrossemyster Harika Dronovallini məğlub edərək mümkün 6 xaldan 5.0 xal toplayıb və 2-3-cü yerləri bölüşdürür. Çinli Qu Ksyaobinq 5.5 xalla liderilk edir.

Xəbər lenti

Xəbər lenti