...

AR ekologiya nazirliyi ovun qadağasını dekabrın ortalarınadək uzadıb

Cəmiyyət Materials 15 Noyabr 2005 14:50 (UTC +04:00)

AR ekologiya və təbii sərvətlər nazirliyi ölkədə quşların ovlanmasına qadağanı daha bir ay (dekabrın ortaları) uzadıb. Bu barədə Trend ə AR ekologiya və təbii sərvətlər nazirliyi yanında xüsusi qorunan ərazilərin bioloji müxtəlifliyinin mühafizəsi və inkişafı departamentinin rəhbəri Sədaqət Məmmədova bildirib.

Onun sözlərinə görə, bu qərar AR k/t nazirliyi yanında Dövlət baytarlıq xidmətinin rəyilə qəbul edilib. "Hazırda quşların köç etdiyi yerlərdə gücləndirilmiş nəzarət davam etdirilir. Lənkəran, Astara, Dəvəçi və digər yerlərdə fəal monitorinq aparılır, sınaqlar edilir, k/t nazirliyinin baytarlıq laboratoriyasında araşdırılır.Hazırda "quş qripi" faktları aşkar edilməyib" -deyə o qeyd edib.

Ova ilk qadağa oktyabrın 11-dən vəhşi köçəri quşların qan təhlilinin keçirilməsi üçün tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti