...

"Neftçi" Birlik Kubokunda "Şaxtyor" ilə oynamayacaq

Cəmiyyət Materials 15 Noyabr 2005 15:41 (UTC +04:00)

"Neftçi" futbol klubu yanvarın ortalarında Moskvada keçiriləcək Birlik Kubokunda Donetskin "Şaxtyor" komandası ilə oynamayacaq.

Trend ə məlum olub ki, Ukrayna çempionu Avropa kubokuna və milli birinciliyə hazırlıqla bağlı həmin turniri məqsədəuyğun görməyərək turnirdə iştirak etməkdən imtina edib.Komandanın rəhbəri Viktor Prokopenko qeyd edib ki, futbolçuların qış məzuniyyəti çox da böyük olmayacaq və tətildən sonra oyunçular Donetskdə yığışacaqlar. "Biz demək olar ki, UEFA Kubokunun yaz mərhələsində iştirakımızı təmin etmişik. Buna görə də ötən il olduğu kimi, BƏƏ-də yığışmaq niyyətindəyik. Orada kiçik bir turnir planlaşdırılıb. Sonra İsraildə bizim, "Dinamo" Kiyev, MOİK və "Spartak" Moskva komandalarının iştirakı ilə turnir keçiriləcək. Orada isə tezliklə UEFA Kubokunun 1/8 finalı olacaq" -deyə V.Prokopenko vurğulayıb.

Xəbər lenti

Xəbər lenti