...

17 hərbçinin apellyasiya şikayəti ilə bağlı məhkəməyə hazırlıq iclası keçirilib

Cəmiyyət Materials 15 Noyabr 2005 16:56 (UTC +04:00)

Noyabrın 15-də Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində hakim Salman Hüseynovun sədrliyi ilə 17 hərbçinin şikayət üzrə məhkəməyə hazırlıq iclası keçirilib. Bu barədə Trend ə hərbçilərdən birinin vəkili məlumat verib.

İclasda çıxış edən vəkillər hüquqlarını müdafiə etdikləri sabiq hərbçilərə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmə tərəfindən təyin edilmiş cəzalarla razılaşmadıqlarını bildiriblər.

Qeyd edək ki, 17 hərbçi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 313, 320.1 və 341.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almaq, təkrarən rüşvət almaq, vəzifə saxtakarlığının, rəsmi sənədləri saxtalaşdırmaq və bir qrup şəxs tərəfindən hakimiyyətdən sui-istifadə etmək) maddələri ilə ittiham olunub. Bu əməllərinə görə ötən ay Ağır Cinaytlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsinin hökmü ilə müvafiq müddətlərə azadlıqdan məhrum edilmiş sabiq hərbçilər məhkəmənin qərarından narazı qalaraq apellyasiya şikayəti veriblər.

Hakim Salman Hüseynov apellyasiya şikayəti üzrə məhkəmə baxışını noyabrın 21-nə təyin edib.

Xəbər lenti

Xəbər lenti