...

Gürcüstan hökuməti etnik azərbaycanlıların problemlərini öyrənir

Cəmiyyət Materials 16 Noyabr 2005 12:23 (UTC +04:00)

Gürcüstan hökuməti prezident Mixail Saakaşvilinin tapşırığı ilə bu ölkədə yaşayan azərbaycanlıların problemlərini öyrənməyə başlayıb. Bu barədə Trend ə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze məlumat verib.

Gürcüstanda yaşayan milli azlıqların, o cümlədən azərbaycanlıların bütün problemləri sosial sahələrə aiddir. Bu problemlər kompleks şəkildə həll olunur. Biz Gürcüstan vətəndaşı olan azərbaycanlılara hörmət edir və onların bizim cəmiyyətə inteqrasiyasının tərəfdarıyıq", - deyə səfir qeyd edib.

Z.Qumberidzenin sözlərinə görə, Gürcüstan hökuməti azərbaycanlıların gürcü dilini yaxşı bilmələri və idarəetmə strukturlarında daha çox iştirak etmələri ilə bağlı məsələ üzərində düşünür. Bu sahədə onlar üçün nə dini, nə sosial, nə də etnik məhdudiyyətlər yoxdur", - deyə diplomat bildirib.

Xəbər lenti

Xəbər lenti