...

Ağırlıqqaldıran Alan Naniyev iki yarış növündə beşinci yeri tutub

Cəmiyyət Materials 16 Noyabr 2005 20:32 (UTC +04:00)

Azərbaycan ağırlıqqaldıranı Alan Naniyev ağır atletika üzrə Qatarda keçirilən dünya çempionatında 105 kq-dək çəki dərəcəsində 408 kq.nəticə ilə beşinci yeri tutub. Trend bildirir ki, Rusiya idmançısı Dmitri Klokov 419 kq. nəticə ilə dünya çempionu olub. İkinci yeri moldovalı Aleksandr Bratan, üçüncü yeri isə slovakiyalı Martin Tesoviç tutub.

Qeyd edək ki, sıçrayışda azərbaycanlı idmançı 187 kq. nəticə ilə dördüncü, təkanda isə 221 kq. nəticə ilə yeddinci olub.

Xəbər lenti

Xəbər lenti