...

Eldar Salayevin vəkilləri Respublika Prokurorluğundan təkzib tələb edirlər

Cəmiyyət Materials 18 Noyabr 2005 15:12 (UTC +04:00)

Azərbaycan Respublikası Prokurorluğunun akademik Eldar Salayev barəsində yaydığı məlumata rəsmi təkzib verilməyəcəyi halda qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmədə iddia qaldırılacaq. Bu məlumatı Trend ə Eldar Salayevin vəkilləri veriblər.

Vəkillər Fikrət Mirzəyev, Elçin Qəmbərov və Yusif Hacıyev Azərbaycan Respublikası Prokurorluğunun akademik E.Salayevlə bağlı son bəyanatına təkzib verməsini tələbi ilə çıxış ediblər.

Qeyd edək ki, Prokurorluq akademik Eldar Salayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək barədə iltizamla əvəz edilməsi ilə bağlı məlumat yayıb. Bildirilib ki, Eldar Salayev ona qarşı irəli sürülən ittihamları qismən qəbul edib və başqa şəxslərin cinayətləri ilə bağlı ifadə verib.

Vəkillər bəyanatında bildiriblər ki, E.Salayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin istintaq orqanının təşəbbüsü ilə dəyişdirilməsi faktını müsbət qiymətləndirirlər. Bununla yanaşı, vəkillər E.Salayev barəsində yayılan məlumatın həqiqətə uyğun olmadığını, akademikin ona qarşı irəli sürülən ittihamları bütünlüklə rədd etdiyini bildiriblər: "Eldar Salayev tərəfindən verilən ifadələrin hazırda istintaq sirri olduğundan tam açıqlama verilmir, buna baxmayaraq bildiririk ki, bu ifadələr heç kimi cinayətdə ifşa etmir"-deyə vəkillər vurğulayıb. E.Salayevin müdafiəçiləri prokurorluğunun sözügedən məlumatı rəsmi şəkildə təkzib etməyəcəyi təqdirdə məhkəməyə şikayət verəcəklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti