...

Azərbaycanın həndbol üzrə qadın yığması Avropa çempionatının seçmə turnirində iştirak edəcək tərkibi müəyyən edilib

Cəmiyyət Materials 18 Noyabr 2005 15:54 (UTC +04:00)

Azərbaycanın həndbol üzrə yığmasının məşqçi qərargahı noyabrın 22-də Portuqaliyada start götürəcək Avropa -2006 çempionatının seçmə turnirində iştirak edəcək tərkibini müəyyən edib.

Komandanın məşqçisi Valeri Pevnitskinin Trend ə verdiyi məlumata görə, yekun yığmaya 17 oyunçudan ibarətdir. Mütəxəssis onu da etiraf edib ki, qarşıdakı məsuliyyətli görüş üçün Volqoqradda, Krasnodarda və Rumıniyadakı yarışlarda uğurla iştirak edən kollektivin əsası müəyyən olunub. V.Pevnitski hesab edir ki, bu gün yığma o qədər də pis olmayan ehtiyat oyunçulara malikdir.

Xatırladaq ki, Azərbaycan həndbolçularının yarımqrup üzrə rəqibləri Portuqaliya, Finlandiya, Litva, Yunanıstan və Slovakiya komandalarıdır.

Xəbər lenti

Xəbər lenti