...

Şəhriyar Məmmədyarov şahmat üzrə Dünya çempionatında inamla liderlik edir

Cəmiyyət Materials 19 Noyabr 2005 15:01 (UTC +04:00)

Türkiyədə keçirilən oğlanlar və qızlar arasında şahmat üzrə Dünya çempionatının 9-cu turunda holland D.Stellvageni udan həmyerlimiz Şəhriyar Məmmədyarov 9 mümkün xaldan 8.5 xalla turnir cədvəlinə inamla liderlik edir və rəqiblərinin 2 xalla geridə qoyur. Digər azərbaycanlı qrossmeyster Vüqar Haşımovun 6 xalı var və 8-ci yerdədir.

Türkan Məmmədyarova 9-cu turda çinli Qu Ksyaobinqə uduzub və hazırdan bir xal geridə qalaraq 3-6 -cı yerləri bölüşür.

Xəbər lenti

Xəbər lenti