...

"Neftçi" Birlik Kubokunda "Metallurq"la oynaya bilər

Cəmiyyət Materials 21 Noyabr 2005 15:52 (UTC +04:00)

Donetskin "Metallurq" klubu yanvarda Moskvada keçiriləcək Birlik Kubokunun qrup mərhələsində "Neftçi"nin rəqibi ola bilər.

Trend in xəbər verdiyi kimi, "Şaxtyor" turnirə gəlmək təklifini qəbul etmədikdən sonra donetsklilər Ukrayna Federasiyasına məktub göndərərək Moskvaya gəlməyə hazır olduqlarını bildiriblər. ""Metallurq" Birlik Kubokunda Ukraynanın şərəfini ən güclü tərkibdə qorumaq niyyətindədir. Lakin "Şaxtyor"da Kubokda iştirakdan imtina ilə bağlı məktubunu geri götürüb", - deyə Ukrayna Futbol Federasiyasının icraçı direktoru Aleksandr Bandurko qeyd edib.

Yaxın vaxtlarda "Şaxtyor" Məşqçilər Şurası çağıraraq Kubokda iştirak edib-etməyəcəyi ilə bağlı qəti qərara gələcək.

Xəbər lenti

Xəbər lenti