...

Azərbaycanın kişilərdən ibarət voleybol yığması Avstriyaya qarşı oynayacaq

Cəmiyyət Materials 21 Noyabr 2005 20:14 (UTC +04:00)

Azərbaycanın kişilərdən ibarət voleybol yığması Avropa çempionatının seçmə turnirinin ilk mərhələsində Avstriyaya qarşı oynayacaq.

Trend bildirir ki, püşkatmanın yekunlarına görə, komanda ilk oyunu Bakıda keçirəcək və bundan sonra cavab oyunu üçün Venaya yola düşəcək. Oyunların tarixi hələlik məlum deyil və yaxın günlərdə bu, milli Federasiyalar arasında razılaşdırılmalıdır.

Qalib turnirin ikinci raunduna vəsiqə qazanacaq və orada Portuqaliya, Belorusiya və Belçika ilə bir yarımqrupa düşəcək. Final mərhələsinə təşkilatçı hüququnda Rusiya ilə birgə İtaliya, Serbiya, İspaniya, Polşa, Yunanıstan və Fransa da qoşulub.

Xəbər lenti

Xəbər lenti