...

Ali Məhkəmədə sabiq OMON-çunun məhkəməsi başlanacaq

Cəmiyyət Materials 23 Noyabr 2005 15:57 (UTC +04:00)

Noyabrın 23-də Azərbaycan Respublikası Ali Məhkəməsində sabiq OMON-çu Dəyanət Kərimovun məhkəməsinə hazırlıq iclası keçiriləcək. Bu barədə Trend ə D.Kərimovun vəkili Elman Osmanov məlumat verib.

Hazırda Qobustan Qapalı Həbsxanasında cəza çəkən D.Kərimov Ali Sovetin vitse-spikeri Afiyəddin Cəlilovun qətlində və bir sıra digər ağır cinayətlərdə təqsirləndirilərək ömürlük həbs cəzasına məhkum edilib.

Lakin sabiq OMON-çu ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmir və kassasiya şikayətində qeyd edib ki, bir neçə il əvvəl həmin cinayətləri təzyiqlər nəticəsində üzərinə götürüb.

Qeyd edək ki, məhkəmə iclasına Ali Məhkəmənin hakimi Ənvər Şadiyev sədrlik edəcək.

Xəbər lenti

Xəbər lenti