...

Ali Məhkəmə Arif Hacılının kasassiya şikayətini təmin etmədi

Cəmiyyət Materials 23 Noyabr 2005 18:25 (UTC +04:00)

Noyabrın 23-də Ali Məhkəmədə Müsavat Partiyası başqanının müavini, "Azadlıq" blokunun 110 saylı Zaqatala seçki dairəsindən deputatlığa vahid namizədi Arif Hacılının kasassiya şikayətinə baxılıb. Trend in məlumatına görə, hakim Əsəd Mirzəliyevin sədrliyi ilə keçən məhkəmə iclasında şikayətçinin iddiası təmin olunmayıb.

Qeyd edək ki, Arif Hacılı Mərkəzi Seçki Komissiyasının 110 saylı Zaqatala seçki dairəsinin nəticələrinin ləğv olunması barəsində qərarından şikayət verib. O, MSK-nın həmin qərarının ləğv olunmasını və özünün bu dairədə seçkinin qalibi elan edilməsini tələb edir. Arif Hacılının bu tələbəni bundan əvvəl Apellyasiya Məhkəməsi də təmin etməmişdi.

Arif Hacılı Ali Məhkəməsinin 23 noyabr 2005-ci il tarixli qərarından Konstitusiya Məhkəməsinə şikayət verəcəyini deyib.

Xəbər lenti

Xəbər lenti