...

AFFA prezidenti Ramiz Mirzəyev Brüsseldə UEFA-nın seminarında iştirak edəcək

Cəmiyyət Materials 24 Noyabr 2005 13:31 (UTC +04:00)

AFFA prezidenti Ramiz Mirzəyev noyabrın 24-də Brüsseldə UEFA-nın Avropa Birliyilə əməkdaşlıq üzrə üçüncü seminarında iştirak edəcək.

Hazırda Belçikada olan Assosiasiyanın baş katibi Fuad Əsədovun Trend ə bildirdiyi kimi, iclasda hər iki Avropa təşkilatı arasında dialoqun vacib məsələləri müzakirə olunacaq. Seminarda 35 Milli Federasiyanın nümayəndələri, həmçinin, UEFA və AB-nin yüksək rəsmi şəxsləri iştirak edəcək. "Son 10 ildə UEFA futbolun kommersiya, maliyyə və hüquq sahəsində inkişafı ilə ayaqlaşır. İdmanın bu növünün inkişafı qitədə ona olan marağın qorunması məqsədilə Avropanın siyasi strukturları ilə sıx münasibətlərin qurulmasını tələb edib. UEFA və AB arasında aparılan danışıqlarda teleyayım, işçi qüvəsinin sərbəst yerdəyişməsi, dopinq, irqçilik və digər mövzular müzakirəyə çıxarılır", - deyə Ə.Əsədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti