...

Seneqalda keçiriləcək Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının iclasında Azərbaycan nümayəndə heyəti də iştirak edəcək

Cəmiyyət Materials 24 Noyabr 2005 20:13 (UTC +04:00)

Noyabrın 28-də Seneqalın paytaxtı Dakar şəhərində Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının 16-cı sessiyası keçiriləcək. Bu barədə Gənclər, İdman və Turizm Nazirliyindən Trend xəbər agentliyinə məlumat verilib. Verilən məlumata görə, dekabrın 3-dək davam edəcək sessiyada 145 ölkədən nümayəndə heyəti iştirak edəcək. Tədbirdə Azərbaycanı Gənclər, İdman və Turizm naziri Əbülfəz Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Sessiyada təşkilata növbəti 4 il ərzində yeni baş katib seçiləcək. Bu vəzifəyə isə hələlik baş katib vəzifəsini hazırda icra edən Françesko Francualın namizədliyi irəli sürülüb. Tədbirdə həmçinin 2004-2005-ci illər ərzində turizmdə baş verən proseslər barədə məruzələr dinləniləcək.

Xəbər lenti

Xəbər lenti